İlk günün qazancı 1 bürünc oldu

ESTAFET/ Bugün Gürcüstanın paytaxtı Tbilisi şəhərində keçirilən “Böyük Dəbilqə” seriyasından olan yarışda ilk gün başa çatıb. 

60 kq çəki dərəcəsində bürünc medal uğrunda Azərbaycan təmsilçiləri qarşılaşıblar. Turan Bayramov və Rövşən Əliyevin qarşılaşmasının nəticəsində Turan rəqibinə ipponla qalib gələrək bürünc medal əldə edib. Rövşən Əliyev isə 5-ci yerlə kifayətlənib.

Müəllif: Natiq NƏSİROV