Xorvatiyada keçirilən Avropa Kubokunda uğurlu start!

Dubrovnik şəhərində start götürən böyüklər arasında Avropa Kubokunun ilk yarış günündə cüdoçularımız 2 bürünc medal qazanıb!

Kişilər arasında -73 kq çəki dərəcəsində Kamran Süleymanov,

Qadınların mübarizəsində isə -78 kq çəkidə Nərmin Əmirli bürünc medalın sahibi olublar.

Yarışda 39 ölkədən 413 idmançı gücünü sınayır.

Cüdoçularımıza növbəti mərhələlərdə də uğurlar arzulayırıq!

Müəllif: Natiq NƏSİROV