Veteran cudoçular AÇ-də 19 medalla birinci oldular

ESTAFET/ 2-4 iyun 2022-ci il tarixlərində Yunanıstanın Heraklion şəhərində keçirilən usta cüdoçular arasında Avropa çempionatının fərdi yarışlarına yekun vurulub.
Veteranlardan ibarət komandamız çempionatın üçüncü gününü ümumilikdə 8 medalla başa vurublar.
Bununla da, veteran cüdoçularımız qitə çempionatının fərdi yarışlarında 9 qızıl, 5 gümüş və 5 bürünc medal qazanıb.
Nəticələrə görə veteranlarımız çempionatda kişilər arasında və ümumi hesabda birinci yerdədir.
İdmançılarımız bugün komanda yarışlarına qoşulacaq.
M1 yaş kateqoriyası
-73 kq
Nadir Babayev – qızıl medal
-100 kq
Tural Səfquliyev – qızıl medal
M2 yaş kateqoriyası
-66 kq
Vüqar Babayev – gümüş medal
-73 kq
Məmməd Məmmədov – qızıl medal
-81 kq
Samir İsmayılov – qızıl medal
-100 kq
İntiqam Ələkbərov – gümüş medal
İlham Heydərov – bürünc medal
Ramil Muradov – bürünc medal
M3 yaş kateqoriyası
-81 kq
Azər Fətullayev – qızıl medal
M4 yaş kateqoriyası
-60 kq
Babək Hacıyev – qızıl medal
-73 kq
Rauf Fərzəliyev – bürünc medal
-90 kq
Mahir Ağamirzəyev – gümüş medal
-100 kq
Emil Hüseynov – qızıl medal
M5 yaş kateqoriyası
-73 kq
Müşviq Cəfərov – gümüş medal
-90 kq
Mübariz Cəfərov - qızıl medal
+100 kq
Qabil Qasımov - gümüş medal
M6 yaş kateqoriyası
-81 kq
Natiq Qasımov – bürünc medal
M7 yaş kateqoriyası
-90 kq
Fərhad Rəcəbli - qızıl medal
M8 yaş kateqoriyası
-81 kq
Şamil Sövzəliyev - bürünc medal
