"Qarabağ" hazırlığa başlayacağı vaxtı açıqladı

ESTAFET/ "Qarabağ" iyunun 9-da yeni mövsümün hazırlığı üçün bir araya gələcək. Bu barədə Ağdam təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, hazırlığın Bakı mərhələsi iyunun 20-dək davam edəcək.
Komanda toplanışın ikinci mərhələsi üçün iyunun 20-də Avstriyaya yollanacaq. Avstriya toplanışı üçün 3 yoldaşlıq oyunu nəzərdə tutulub. Rəqiblər barədə daha sonra məlumat veriləcək.
