Nərgiz Süleymanova İtaliyada keçirilən beynəlxalq turnirdə gümüş medal qazanıb

22–25 yanvar tarixlərində Azərbaycanı beynəlxalq fiqurlu konkisürmə yarışında təmsil edən Nərgiz Süleymanova İtaliyanın Merano şəhərində təşkil olunan “Merano Ice Trophy” turnirində uğurlu çıxış edib.

Yarışın yekun nəticələrinə əsasən, qısa və sərbəst proqram üzrə çıxış edən idmançımız 10 iştirakçı arasında 166.39 xal toplayaraq ikinci yeri tutub və gümüş medala layiq görülüb.

Qeyd edək ki, “Merano Ice Trophy” beynəlxalq təqvimdə yer alan nüfuzlu fiqurlu konkisürmə turnirlərindən biri hesab olunur.

Müəllif: Bəhruz MƏMMƏDOV