Portuqaliya və Gürcüstandan darmadağın - Millətlər Liqası

ESTAFET/ Bu gün UEFA Millətlər Liqasının qrup mərhələsində 2-ci tur start götürüb. İlk oyun günündə A, B, C və D Liqalarında 9 matç keçirilib.

Portuqaliyanın evdə İsveçrəni darmadağın edibsə, İspaniya millisi səfərdə Çexiyanı yenə bilməyib. İlk turda Portuqaliya ilə bərabərə qalan ispanlar yenə xal itkisi ilə üzləşib. 

B Liqasında Serbiya öz meydanında Sloveniyanı böyük hesabla üstələyib. İsveç – Norveç qarşılaşmasında qonaqlar qələbəyə sevinib.

C Liqasındakı Kipr - Şimali İrlandiya görüşü "quru sülh"lə bitib. Qonaq qismində Kosovo ilə qarşılaşan Yunanıstan evə minimal hesablı zəfərlə dönüb. Şimali Makedoniya səfərdə Cəbəllütariqi, Gürcüstan yığması isə Bolqarıstanı məğlub edib. 

D Liqasındakı yeganə matçda San Marino öz meydanında Maltaya boyun əyib.

UEFA Millətlər Liqası
Qrup mərhələsi, 2-ci tur
5 iyun 2022

A Liqası, 2-ci qrup

Portuqaliya – İsveçrə 4:0
Qollar: Karvalyu 15, Ronaldu 35, 39, Kanselu 68

Çexiya – İspaniya 2:2
Qollar: Pesek 4, Kuxta 66 : Qavi 45+3, Martines 90

Xal durumu: Çexiya – 4, Portuqaliya – 4, İspaniya – 2, İsveçrə – 0.

B Liqası, 4-cü qrup

Serbiya – Sloveniya 4:1
Qollar: Mitroviç 24, Milinkoviç-Saviç 56, Yoviç 85, Radonyiç 90+2 : Stoyanoviç 30

İsveç – Norveç 1:2
Qollar: Elanqa 90+2 : Haland 20, 69

Xal durumu: Norveç – 6, İsveç – 3, Serbiya – 3, Sloveniya – 0.

C Liqası, 2-ci qrup

Kipr – Şimali İrlandiya 0:0

Kosovo – Yunanıstan 0:1
Qol: Bakasetas 36

Xal durumu: Yunanıstan – 6, Kosovo – 3, Şimali İrlandiya – 1, Kipr – 1

C Liqası, 4-cü qrup

Cəbəllütariq – Şimali Makedoniya 0:2
Qollar: Bardi 21, Babunski 84

Bolqarıstan – Gürcüstan 2:5
Qollar: İliyev 50, Stefanov 83 : Davitaşvili 4, Hristov 31 (ö.q), Zivzivadze 52, Kvaratsxeliya 58, Vako 70

Xal durumu: Gürcüstan – 6, Şimali Makedoniya – 4, Bolqarıstan – 1, Cəbəllütariq – 0.

D Liqası, 2-ci qrup

San Marino – Malta 0:2
Qollar: Busuttil 59, Gilyomye 75.

Xal durumu: Estoniya – 3, Malta – 3, San Marino – 0

Müəllif: Orxan NOVRUZOV