Millimiz qitənin üçüncüsü oldu

ESTAFET/ Xəbər verdiyimiz kimi, Yunanıstanın Heraklion şəhərində veteran cüdoçular arasında Avropa çempionatı keçirilirdi. Bu gün komanda yarışları ilə çempionata yekun vurulub.
Kişilərdən ibarət Azərbaycan millisi qitə çempionatının bürünc medalını qazanıb.
Məlumat verdiyimiz kimi, daha öncə keçirilən fərdi yarışlarda Azərbaycanın veteran cüdoçuları 9 qızıl, 5 gümüş və 5 bürünc medalla ümumkomanda hesabında birinci yeri tutub.
