Azərbaycan Belarusla üz-üzə

ESTAFET/ Azərbaycan millisi bu gün növbəti oyununu keçirəcək. Yığmamız Millətlər Liqasının II turunda Belarusla görüşəcək.

C liqasında mübarizə aparan komandalar 3-cü qrupun autsayderləridir. İlk turda uduzan rəqiblər D liqasına yuvarlanmamaq təhlükəsindən uzaqlaşmaq üçün indidən xal ehtiyatlarını artırmalıdır.

3 gün öncə Qazaxıstanda 2 cavabsız qolla uduzan Canni de Byazinin yetirmələri bu dəfə Belarusun qonağı olacaq. Autsayderlərin görüşü Serbiyanın Novi-Sad şəhərində baş tutacaq. Millimiz son sıradan qurtulmaq üçün mütləq qalib gəlməlidir.

Qeyd edək ki, qrupun digər matçında Slovakiya Qazaxıstanı qəbul edəcək.

C liqası, 3-cü qrup
22:45  Belarus – Azərbaycan
Baş hakim: Məhəmməd Əl-Hakim (İsveç)
Serbiya. Novi Sad, “Karadjordje" stadionu

Müəllif: Orxan NOVRUZOV