Avropa çempionatı üçün heyət açıqlandı - Cüdo

ESTAFET/ 23-26 iyunda Xorvatiyanın Poreç şəhərində cüdo üzrə yeniyetmələr arasında Avropa çempionatı keçiriləcək.
Azərbaycan millisinin məşqçilər korpusu yarışa 16 idmançı sifariş edib. Onlardan 10-u oğlan, 6-sı qız cüdoçudur.
Oğlanlar: Məhəmməd Məmişov, Xalid Məmmədov (hər ikisi 50 kq), Məhəmməd Musayev, Şahin Oruczadə (hər ikisi 55 kq), Nizami İmranov (60 kq), Abil Yusubov, Nicat Nağıyev (hər ikisi 66 kq), Əli Hacızadə, Süleyman Əliyev (73 kq), Ramazan Əhmədov (+90 kq).
Qızlar: Xumar Qasımzadə (44 kq), Aydan Vəliyeva (48 kq), Vüsalə Hacıyeva, Fidan Qasımova (hər ikisi 52 kq), Fidan Əlizadə (57 kq), Nigar Süleymanova (+70 kq).
Qeyd edək ki, bu günədək 31 ölkədən ümumilikdə 333 idmançının qitə birinciliyində iştirakı təsdiqlənib.
