U-15 Azərbaycan çempionatında yunan-Roma güləşi üzrə yarışa start verilib

ESTAFET/ Şağan Olimpiya Olimpiya İdman Kompleksində güləş üzrə ilk U-15 Azərbaycan çempionatı davam edir.

Milli Olimpiya Komitəsinin 30 illik yubileyinə həsr olunmuş yarışın 3-cü günündə yunan-Roma güləşi üzrə 5 çəkidə qaliblər müəyyənləşib. Medalçılarla tanış olun:

38 kq
1. Əli Sucayev (Sumqayıt-Təhsil)
2. Nicat İsgəndərli (Sumqayıt-Təhsil)
3. Şahid Nəbiyev (ROİL), Ayxan Ağayev (Göyçay)

44 kq
1. Əmrah Əmrahov (Masallı)
2. Nihat Məhərrəmov (UGİM-2)
3. Adil İsmayılov (Sumqayıt-Təhsil), Səid Qurbanzadə (MOİK)

52 kq
1. Ayxan Cavadov (Abşeron)
2. Hüseyn Ağayev (Lənkəran)
3. Nadir Məhiyev (ROİL), Cavidan Mirzəlizadə (ROİL)

62 kq
1. Cavad Məmmədov (UGİM-9)
2. Emil Abdullayev (UGİM-9)
3. Mədət Rəhimov (Sumqayıt-Təhsil), Oruc İbrahimxəlilov (Göyçay)

75 kq
1. Orxan Hacıyev (Spartak-Lənkəran)
2. Əli Mehdiyev (Sumqayıt-Zenit)
3. Aqil Babazadə (Lənkəran), Aymir Rüstəmov (Şəmkir)

Qeyd edək ki, bugün son 5 çəkidə qaliblərin adına aydınlıq gələcək.

Müəllif: Natiq NƏSİROV