Cüdoçular Madriddə ilk günə 2 medal qazandılar

ESTAFET/ Bu gün İspaniyanın paytaxtı Madriddə cüdo üzrə Açıq Avropa turniri start götürüb. Azərbaycan cüdoçuları yarışın ilk günündə iki medal qazanıblar.

Kişilərin 60 kq çəki dərəcəsində yer alan Nazir Talıbov gümüş, qadınların 48 kq çəkisində çıxış edən Leyla Əliyeva isə bürünc mükafata sahib çıxıb.

Qeyd edək ki, Azərbaycan komandası yarışa böyük məşqçilər Elçin İsmayılov və Mehman Əzizovun rəhbərliyində 13 idmançı ilə qatılıb. 40 ölkədən 400-dən çox idmançının mübarizə apardığı turnir iki gün davam edəcək.

Müəllif: Natiq NƏSİROV