Çempion heyətin iki üzvü AÇ-nın ən yaxşısı seçildi

ESTAFET/ Azərbaycanın mini-futbol üzrə milli komandasının iki üzvü Slovakiyanın Koşitse şəhərində keçirilən Avropa çempionatında öz mövqelərində ən yaxşı seçilib. Yığmamızın qapıçısı Davud Kərimi və hücumçusu Bəxtiyar Soltanov fərqlənənlər sırasına düşməyi bacarıb.

Kərimi yarışın ən yaxşı qapıçısı, Soltanov isə ən yaxşı oyunçusu seçilib. Hər iki fubolçuya xüsusi mükafat təqdim edilib.

Finalda Rumıniyaya 1:0 hesabıyla qalib gələn Azərbaycan millisi tarixində ilk dəfə Avropa çempionu olub.

Müəllif: Məsim MƏSİMZADƏ