Məkan Antalya və 2 yoldaşlıq görüşü - "Qəbələ"nin planı

ESTAFET/ “Qəbələ” 2022/23 mövsümünün hazırlığına sabah start verəcək. Klubun rəsmi saytının məlumatına görə, “qırmızı-qaralar” Qəbələdə bir araya gələcək.

İyunun 30-dək davam edəcək təlim-məşq toplanışı çərçivəsində bir yoxlama oyununun keçirilməsi planlaşdırılır. Baş məşqçi Elmar Baxşıyevin yetirmələri iyulun 3-də Türkiyəyə yollanacaq. “Qırmızı-qaralar” Boludakı “Termal” otelində məskunlaşacaq. Ayın 13-dək davam edəcək hazırlıq çərçivəsində 2 yoxlama matçı baş tutacaq.

“Qəbələ” iyulun 5-də Türkiyənin “Qaziantep”, 12-də Rumıniyanın “Çiksereda” klubu ilə qarşılaşacaq. Komandanın yeni mövsümə hazırlıq prosesinin növbəti bölümü Konfrans Liqasının II təsnifat mərhələsinin sabah təşkil olunacaq püşkatmasına əsasən müəyyənləşəcək.
 

Müəllif: Bəhruz MƏMMƏDOV