MİLLİ KOMANDALARIMIZ AVSTRİYAYA SƏFƏR EDİBLƏR

ESTAFET/ Avstriyanın İnssbruk şəhərində taekvondo üzrə açıq birincilik keçiriləcək. 3-4 iyun tarıxlərində baş tutacaq G1 kateqoriyalı “Austrian Open” beynəlxalq turnirdə yığma komandalarımız da iştirak edəcək. Belə ki, gənc və yeniyetmə millimiz artıq Avstriya yollanıb. 3 iyunda start götürəcək açıq birincilikdə gənc millimiz 20, yeniyetmə millimiz isə 18 idmaçı ilə təmsil olunacaq.


Gənclədən ibarət yığmanın baş məşqçisi Məmməd Abdullayev və böyük məşqçi Zahid Məmmədovun bu yarışda şans verəcəyi idmançılar bunlardır - Bəhruz Quluzadə (45 kq), Məhəmməd Əlizadə (48 kq), Xanoğlan Kərimov (48 kq), Ayaz Qənbərli (51 kq), Fərid Sultan (55 kq), Əbülfəz Zülfüqarov (55 kq), Qasım Aslanov (59 kq), Cavid Ağayev (59 kq), Niyaz Zülfüqarlı (63 kq), Həsən İbrahimov (73 kq), Mehdi Tağıyev (78 kq), Orxan Tağızadə (+78 kq), Minayə Əkbərova (42 kq), Fəridə Razayeva (44 kq), Mehriban Məmmədova (44 kq), Sevda Pirseyidova (46 kq), Nərgiz Mirzəyeva (46 kq), Zalikə Babayeva (49 kq), Nərmin Süleymanova (52 kq), Diana Hacəliyeva (55 kq).


Yeniyetmələrdən ibarət yığmanın baş məşqçisi Səbuhi Zülfüqarov və böyük məşqçi Sənan Həşimov isə bu idmançılara güvənəcək: Nihad Əlizadə (33 kq), Xanmurad Süleymanov (33 kq), İsmayıl İbrahimov (37 kq), Riyad Şirəliyev (41 kq), İsmayıl İsmayılov (41 kq), Pərviz İsgəndərov (45 kq), Yaşar Məmmədli (45 kq), Nihad Abbasov (49 kq), Hüseyn Abdullazadə (49 kq), İlkin Fərzəlizadə (57 kq), Vüsal Balaqadaşov (61 kq), Gülsüm Həsənzadə (33 kq), Aysu Məmmədova (37 kq), Ofeliya Allahverdiyeva (41 kq), Zivər Tağıyeva (44 kq), Aydan Əliyeva (44 kq), Aylin Eynullayeva (47 kq), İlahə Quluzadə (59 kq).


İki gün davam edəcək turnirdə ədalət təmsilçilərimizdən ölkəmizi beynəlxalq dərəcəli hakimlərimiz Gündüz Abdullayev və Ramal Camalov təmsil edəcək. Milli komandalarımız 6 iyun tarixində vətənə dönəcək.