Federasiya prezidenti region idmançıları ilə görüşüb

ESTAFET/ 16 iyun 2022-ci tarixində Azərbaycan Cüdo Federasiyasının prezidenti Rəşad Nəbiyev Yevlax şəhərində regionu təmsil edən məşqçilər və cüdoçular ilə görüşüb. 

Görüş zamanı məlumat verilib ki, Yevlaxda 120-ə yaxın gənc və yeniyetmə cüdo idman növü ilə məşğul olurlar. Prezident bölgədə idmançılar üçün yaradılan şəraitlə tanış olub və maddi-texniki bazanın təkmilləşdirilməsi ilə bağlı tapşırıqlarını verib, məşqçi müəllimlərin uşaqlar və yeniyetmələrlə işlərini müasir tələblərə uyğun qurmaları üçün tövsiyələrini bildirib.

Rəşad Nəbiyev cüdonun daha da kütləviləşdirilməsi ilə uşaqların, yeniyetmələrin və gənclərin həm fiziki, həm də mənəvi cəhətdən sağlam yetişmələrinə dəstəyin göstərilməsinin Azərbaycan Cüdo Federasiyasının əsas məqsədlərindən biri olduğunu qeyd edib.

Müəllif: Natiq NƏSİROV