Azərbaycan birinciliyinin ilk günündə 67 döyüş keçirilib

ESTAFET/ Milli Olimpiya Komitəsinin 30 illik yubileyinə həsr olunan boks üzrə məktəbli oğlan və qızlar arasında Azərbaycan birinciliyinə start verilib. Bakı Boks Mərkəzində təşkil olunan yarışın ilk günündə 67 döyüş baş tutub.

40 kq, 42 kq, 44 kq, 46 kq, 57 kq, 60 kq və 66 kq çəki dərəcəsində mübarizə aparan oğlan boksçular ilk görüşlərini keçiriblər.

Birinciliyin ikinci günündə 6 çəki dərəcəsində 71 görüş olacaq. Döyüşlər saat 14:00-da başlanacaq.

Qeyd edək ki, yarışa iyunun 22-də yekun vurulacaq. Birinciliyə respublikanın müxtəlif şəhər və rayonlarının klublarını, həmçinin idman cəmiyyətlərini təmsil edən 70 komandanın 369 boksçusu qatılıb. Oğlanlar 16, qızlar 13 çəki dərəcəsində mükafatçıları müəyyənləşdirəcəklər.

Müəllif: Natiq NƏSİROV