Beynəlxalq Dağ Xizəyi Federasiyasının baş katibi: “Azərbaycanın qonaqpərvərliyi ən önəmli amildir”
Beynəlxalq Dağ Xizəyi Federasiyasının baş katibi Jordi Kanal Fontan Azərbaycanda keçirilən tədbirdən razılığını ifadə edib. O, jurnalistlərə açıqlamasında Azərbaycanın qonaqpərvərliyinin turnirin əsas üstünlüklərindən biri olduğunu bildirib.
“Burada olan bütün idmançılar və biz xoşbəxtik ki, bu möhtəşəm xizək kompleksindəyik,” - deyə Jordi Kanal vurğulayıb.
Baş katib əlavə edib ki, Azərbaycanın qonaqpərvərliyi ən önəmli faktor olub və burada keçirilən dünya çempionatının gələcəkdə digər beynəlxalq tədbirlərə, o cümlədən Avropa çempionatlarına zəmin yaradacağını ümid edir.
"Ümid edirəm ki, bu cür tədbirlər Azərbaycanda davamlı şəkildə keçiriləcək,” - deyə o fikirlərini yekunlaşdırıb.