EJU-da yeni prezident

ESTAFET/ Avropa Cüdo İttifaqı (EJU) növbədənkənar Konqres keçirib. Konqresin məqsədi yeni prezident seçkiləri və İdarə Heyəti üzvlərinin təsdiqi idi.

Xatırladaq ki, Rusiyanın Ukraynaya hərbi müdaxiləsinin nəticəsi olaraq EJU-nun rus prezidenti Sergey Soloveyçik istefa vermişdi.

İttifaqın 51 üzvündən 49-nun iştirakı ilə keçirilən Konqresdə Beynəlxalq Cüdo Federasiyasının (İJF) prezidenti Marius Vizer də fəxri qonaq qismində iştirak edirdi.

Yekun səsvermə nəticəsində 62 yaşlı macar Laslo Tot qitə federasiyasının yeni prezidenti seçilib. O bu vəzifəni 2024-cü ilin dekabrınadək - növbəti Konqresədək icra edəcək.

Müəllif: Natiq NƏSİROV