Rəcəbov İddiaçılar Turnirinə heç-heçə ilə başladı
ESTAFET/ Bu gün İspaniyanın paytaxtı Madriddə Azərbaycan şahmatçısı Teymur Rəcəbovun iştirakı ilə İddiaçılar Turniri start götürüb.
35 yaşlı qrossmeysterimiz birinci turda Fransanı təmsil edən iranəsilli Alireza Firuzca ilə qarşılaşıb. Ağ fiqurlarla oynayan Rəcəbov 71-ci gedişdə rəqibi ilə heç-heçəyə razılaşıb.
Qeyd edək ki, İddiaçılar Turnirinə iyulun 7-də yekun vurulacaq. Yarışın qalibinin şahmat tacı uğrunda görüşdə norveçli dünya çempionu Maqnus Karlsenlə üz-üzə gəlməsi gözlənilir. Qaydalara görə İddiaçılar Turnirinin qalibi ilə hazırkı dünya çempionu tac uğrunda qarşılaşmalıdırlar. Lakin, Maqnus Karlsen artıq indidən böyük ölçüdə bu görüşdə iştirak etməyəcəyi haqda məlumat sızdırıb. Bundan əlavə, bəzi şərtlər irəli sürüb - turniri Alireza Firuzca və ya Dinq Liren qazanacağı halda oynamaq haqda düşünə biləcəyini bildirib.
İddiaçılar Turniri
I tur
Teymur Rəcəbov (Azərbaycan)- Alireza Firuzca (Fransa) 0,5:0,5
Yan-Kşiştof Duda (Polşa) - Rixard Rapport (Macarıstan) 0,5;0,5
Dinq Liren (Çin) - Yan Nepomnyaşi (FIDE) 0:1
Fabiano Karuana (ABŞ) - Hikaru Nakamura (ABŞ) 1:0