Yeniyetmələr 3 medal uğrunda mübarizə aparacaq
ESTAFET/ 14-15 yaşlı yeniyetmələrdən ibarət milli komandanın üç üzvü Çex Respublikasının paytaxtı Praqda Avropa çempionatının medalları uğrunda mübarizə aparacaq.
Bazar günü finalda Əzim Rahib (70+ kg) Aleksandr Davieslə (LUX), bürünc medal görüşündə Fatimə Məmmədova (-47 kg) Alyona Kahveçi (TUR) ilə, Aslan Dostuyev isə Aleksis Tsangarasla (CYP) görüşəcək. 18 İyunda 16-17 və 18-21 yaşadək gənclər mübarizəyə qatılacaq. Bütün yaş qrupları üzrə medal döyüşləri 19 İyunda keçiriləcək. Praqada Yeniyetmə və gənclərin növbəti Avropa çempionatında 48 ölkədən 1064 idmançı iştirak edir.