Rəcəbov Nakamura ilə bacarmadı - İddiaçılar Turniri

ESTAFET/ Azərbaycan şahmatçısı Teymur Rəcəbov İspaniyanın paytaxtı Madriddə təşkil olunan İddiaçılar Turnirində növbəti görüşünü keçirib.

Teymur yarışın ikinci turunda qara fiqurlarla ABŞ təmsilçisi Hikaru Nakamura ilə üz-üzə gəlib. Matç 75-ci gedişdə rəqibin qələbəsi ilə başa çatıb.

Təmsilçimiz ilk turda ağ fiqurlarla Fransa şahmatçısı Alireza Firuzca ilə heç-heçə edib.

Qeyd edək ki, dairəvi sistem üzrə keçirilən yarış 14 turdan ibarət olacaq. Şahmatçılar bir-biri ilə iki dəfə (ağ və qara fiqurlarla) qarşılaşacaqlar. 

İddiaçılar Turniri
II tur

Hikaru Nakamura (ABŞ) - Teymur Rəcəbov (Azərbaycan) 1:0 
Rixard Rapport (Macarıstan) - Alireza Firuzca (Fransa) 0,5:0,5
Yan-Kşiştof Duda (Polşa) - Dinq Liren (Çin) 0,5:0,5
Yan Nepomnyaşi (FIDE) - Fabiano Karuana (ABŞ) 0,5:0,5

Xal durumu: Karuana, Nepomnyaşi -1,5,  Rapport, Firuzca, Duda, Nakamura - 1, Liren, Rəcəbov - 0,5.

Müəllif: Natiq NƏSİROV