“Olimpiya Günü” adlı tədbir keçirilib

ESTAFET/ İyunun 23-də Dənizkənarı Bulvarda Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin (MOK) təşkilatçılığı ilə müasir Olimpiya hərəkatının yaranması, Beynəlxalq Olimpiya Komitəsinin (BOK) təsis olunması və Azərbaycan Milli Olimpiya Komitəsinin 30 illik yubileyinə həsr edilmiş “Olimpiya Günü” adlı tədbir keçirilib. Beynəlxalq Olimpiya Günündə təşkil edilən tədbirdə Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, qurumun Baş katibi Azər Əliyev, olimpiyaçılar, gənc idmançılar və digərləri iştirak ediblər.

Müəllif: Bəhruz MƏMMƏDOV