Bakıda yeni futbol məktəbi fəaliyyətə başlayıb

Azərbaycanda uşaq və yeniyetmələr üçün yeni futbol məktəbi fəaliyyətə başlayıb. 

"Şuşa 58" adlanan məktəbin əsas məqsədi ilkin olaraq azyaşlı uşaqların futbola maraq göstərməsi və onlara bu sahənin sirrlərini öyrətməkdir. 

Futbol məktəbi Vətən müharibəsi ərəfəsində yaradılıb. Klubun təsisçiləri Teymur Teymurov və Fərid Məmmədovdur. "Şuşa 58"in məşqləri "Sabunçu Arena"da gerçəkləşir. 

Hazırlıqlar həftədə 3 dəfə mütəxəssis Fərid Məmmədovun və qapıçı məşqçisi Salman Əliyevin rəhbərliyi ilə həyata keçirilir. 

Futbol məktəbinə 6 - 9 yaş qrupu üzrə seçimlər davam edir.

Müəllif: Bəhruz MƏMMƏDOV