İslam Həmrəylik Oyunlarında 3x3 basketbol növü üzrə kişi və qadın komandalarımızın rəqibləri məlum oldu

9-18 avqust tarixlərində Türkiyənin Konya şəhərində 5-ci İslam Həmrəylik Oyunları baş tutacaq. Ölkəmizi İslam oyunlarında təmsil edəcək basketbolun 3x3 növü üzrə yığmamımızın qrupdakı rəqiblərini sizlərə təqdim edirik.  Kişilərdən ibarət komandamız  "C" qrupunda - Türkiyə, Mərakeş, Mali, Qabon - qadınlardan ibarət komandamız isə "D" qrupunda Türkmənistan, İndoneziya və Mali basketbolçuları ilə mübarizə aparacaqlar.

Qeyd edək ki, 3x3 basketbol növü üzrə yarışlar 13-17 avqust tarixləri aralığında keçiriləcək.

Müəllif: Məsim MƏSİMZADƏ