Cüdoçularımız Budapeştə Böyük Dəbilqə turnirində iştirak edəcəklər

Beynəlxalq Cüdo Federasiyasının təqviminə əsasən növbəti Böyük Dəbilqə turniri Macarıstanın paytaxtı Budapeştə keçiriləcək. Cari ilin 8-10 iyul tarixlərində keçiriləcək turnirə dünyanın 63 ölkəsindən 434 idmançı qatılacaq.

Performans direktoru Mark van der Ham, baş məşqçi Riçard Trautman, məşqçilər Zaur Babayev və Mehman Əzizovun rəhbərliyi altında Azərbaycan milli yığmasının 11 üzvü iştirak edərək, medallar və reytinq xalları uğrunda mübarizə aparacaqlar:

-60 kq.

Əhməd Yusifov

Rövşən Əliyev

-66 kq.

Yaşar Nəcəfov

İbrahim Əliyev

-73 kq.

Rüstəm Orucov

Hidayət Heydərov

-81 kq.

Səid Mollayi

Zelim Tckayev

-90 kq.

Məmmədəli Mehdiyev

-100 kq.

Elmar Qasımov

+100 kq.

Uşanqi Kokauri

Müəllif: Natiq NƏSİROV