MƏŞQÇİLƏRİN KVALİFİKASİYASININ ARTITILMASI SEMİNARI

Aprel ayının 18-dən 20-dək Gənclər və idman nazirliyinin dəstəyi ilə “Su idman sarayı” (Aquatic Palace) Azərbaycanın müxtəlif bölgələrindən olan məşqçilərin kvalifikasiyasının artırılması məqsədi ilə seminarlar həyata keçirib.

 

Seminar  hər gün səhər saat 11.00-dan 16.00-a dək davam edib.

 

Seminar Böyük Britaniyadan ölkəmizə dəvət olunmuş beynəlxalq səviyyəli məşqçi Devid Hovatson tərəfindən aparılırdı.

 

Seminarda müxtəlif idman mərkəzlərində fəaliyyət göstərən 35 məşqçi iştirak etmişdi.