Namibiya Milli Olimpiya Komitəsinin prezidenti: "Mingəçevir Reqatası-2024" turnirində iştirak etmək mənim üçün böyük şərəfdir"
"Bu turnirdə olmaq mənim üçün böyük şərəfdir. İnanmazdım ki, nə vaxtsa bu cür yarışı canlı izləmək şansı qazanacağam."
Bu sözləri Namibiya Milli Olimpiya Komitəsinin prezidenti Abner Axel Xoaqub ilk dəfə işğaldan azad olunmuş Füzuli şəhərində keçirilən "Mingəçevir Reqatası-2024" beynəlxalq turniri barədə jurnalistlərə açıqlamasında bildirib.
O, Azərbaycana səfər etdiyi üçün xoşbəxt olduğunu qeyd edib: "İndiyədək 100-ə yaxın ölkədə olmuşam. Amma Azərbaycan Milli Olimpiya Komitəsi ilə dövlət arasındakı bu cür sıx əlaqəni heç yerdə görməmişəm. Buna görə hər iki tərəfə təşəkkür edirəm."
Qonaq təşkilatçılıqdan da razı qaldığını vurğulayıb: "Hər şey idealdır. Azərbaycandan Afrika ölkələrinə ötürmək istədiyim əsas mesaj sülh və əmin-amanlıqdır. İdman insanları bir araya gətirən və əməkdaşlığa çağıran bir sahədir."
Qeyd edək ki, "Mingəçevir Reqatası-2024" beynəlxalq turniri oktyabrın 18-də başa çatacaq.