MƏŞQÇİLƏRİN KVALİFİKASİYASININ ARTITILMASI SEMİNARI
Aprel ayının 18-dən 20-dək Gənclər və idman nazirliyinin dəstəyi ilə “Su idman sarayı” (Aquatic Palace) Azərbaycanın müxtəlif bölgələrindən olan məşqçilərin kvalifikasiyasının artırılması məqsədi ilə seminarlar həyata keçirib.
Seminar hər gün səhər saat 11.00-dan 16.00-a dək davam edib.
Seminar Böyük Britaniyadan ölkəmizə dəvət olunmuş beynəlxalq səviyyəli məşqçi Devid Hovatson tərəfindən aparılırdı.
Seminarda müxtəlif idman mərkəzlərində fəaliyyət göstərən 35 məşqçi iştirak etmişdi.