Cüdo üzrə “Yaponiya Səfirinin Kuboku” açıq birinciliyi başlayıb
27 iyul 2022-ci il tarixində, saat 11:00-da Göygöl Olimpiya İdman Kompleksində Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsi, Azərbaycan Cüdo Federasiyası və Yaponiyanın Azərbaycan Respublikasındakı Səfirliyinin birgə təşkilatçılığı ilə Yaponiya-Azərbaycan Dostluğu şüarı altında Gəncə şəhəri cüdo üzrə “Yaponiya səfiri kuboku” yarışı həyata keçirələcəkdir. Sözügedən tədbirdə, Yaponiyanın Azərbaycan Respublikasındakı Səfirliyinin müşaviri Zati-aliləri cənab Takeya Yukihiro, Gəncə şəhər İcra Hakimiyyəti rəsmiləri, Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi cənab Həmid Nəsirov, Azərbaycan Cüdo Federasiyasının nümayəndələri və Gəncə və ətraf rayonların cüdo həvəskarları, idmançılar və şəhər sakinləri iştirak etmişdir.
Tədbirin əsas məqsədi gənc cüdoçuların daha da təkmilləşməsi və Gəncə şəhərində cüdoya marağın artmasına nail olmaqdır. Cüdo vasitəsilə Gəncə şəhərində yeniyetmələrin şəxsiyyət kimi mənəvi cəhətdən yetişməsində bir addım olduğunu və cüdo vasitəsilə iki ölkə arasında dostluq münasibətlərinin daha da möhkəmlənəcəyinə ümid edilir.
Gəncə şəhəri cüdo üzrə 5-ci “Yaponiya səfiri kubok” yarışmasında ümumilikdə 200 nəfər olmaqla, Gəncədə cüdo ilə məşğul olan 12-14 yaşlı oğlan və qızların iştirakı, müxtəlif çəki dərəcələri üzrə qruplar arasında yarışmanın eçirilməsi gözlənilir. Qaliblərə Yaponiyanın Azərbaycan Respublikasındakı Səfirliyi tərəfindən diplomlar təqdim
olunacaqdır.
Tədbirdə həmçinin “JUDO’s” QHT-nın rəhbəri, cüdo üzrə olimpiya çempionu, Yaponiya milli komandanın sabiq məşqçisi İnoue Kosei-in video mesajı nümaiş olunacaqdır.
Yaponiya Səfirliyi Yaponiya mədəniyyətini Azərbaycanda daha da tanıtmaq məqsədiylə Bakı, Gəncə və digər şəhərlərdə yapon mədəniyyətinə dair tədbirlər həyata keçirir. Səfirlik mədəni münasibətlər vasitəsiylə daha məhsuldar Yaponiya-Azərbaycan münasibətlərinin qurulmasına töhvə verməkdə davam edəcəkdir.