Böyüklərdən ibarət milli yığmamız İslam Həmrəyliyi Oyunlarına hazırlaşır
Türkiyənin Konya şəhərində 9-18 avqust tarixlərində V İslam Həmrəyliyi Oyunları keçiriləcək. Yarışda iştirak edəcək cüdoçularımızın Bakıda təlim-məşq toplanışı davam edir. 27 iyulda başlayan hazırlıq prosesi 5 avqusta qədər davam edəcək.
Azərbaycan Cüdo Federasiyasının (ACF) vitse-prezidenti, Olimpiya çempionu Elnur Məmmədli, ACF Prezidentinin müşaviri Natiq Bağırov, baş katib Rəşad Rəsullu və performans direktor Mark van der Ham milli yığmanın təlim-məşq toplanışını ziyarət edərək onların hazırlıqları ilə maraqlanıblar, cüdoçularımıza yarışda müvəffəqiyyətlər arzu ediblər.
8 avqust tarixində İslam Həmrəyliyi Oyunlarında iştirak üçün böyüklərdən ibarət milli yığma komandanın 7 üzvü Türkiyəyə yola düşəcək. Onlar 15-16 avqust tarixlərində fərdi yarışlarda, 17 avqustda isə komanda yarışında iştirak edəcəklər.
Məşqçi Zaur Babayevin rəhbərliyi altında çıxış edəcək idmançılarımızı sizə təqdim edirik:
-60 kq.
Balabəy Ağayev
-66 kq.
İbrahim Əliyev
-73 kq.
Nəriman Mirzəyev
Telman Vəliyev
-81 kq.
Zelim Tçkayev
-100 kq.
Elmar Qasımov
+100 kq
İmran Yusifov
Azərbaycan cüdo ailəsi adından bütün idmançılarımıza uğurlar arzu edirik.