Bu gün üç cüdoçumuz dünya çempionatında mübarizəyə başlayır
Ekvadorun Quayaquil şəhərində cüdo üzrə gənclər arasında dünya çempionatı davam edir.
Yarışın üçüncü günündə daha iki cüdoçumuz medallar uğrunda mübarizə aparacaq. Belə ki, Elcan Hacıyev, Məhərrəm İmamverdiyev, Vüqar Talıbov tatamiyə çıxacaqlar.
Qeyd edək ki, 65 ölkədən 400-ə yaxın idmançının qatıldığı yarışda Azərbaycanı səkkiz idmançı təmsil edir. Cüdoçularımız baş məşqçi Elxan Məmmədov və məşqçi Elxan Rəcəblinin rəhbərliyi ilə çıxış edirlər.