Qadın güləşçimiz Jalə Əliyeva V İslamiadada qızıl medal qazanıb
Qadın güləşçimiz Jalə Əliyeva (57 kq) V İslamiadada qızıl medal qazanıb.
Təmsilçimiz həlledici görüşdə nigeriyalı Ester Kolavole ilə qarşılaşıb. Rəqibini 14:6 hesabı ilə üstələyən J.Əliyeva fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Beşinci İslam Həmrəyliyi Oyunları 2021-ci ilin sentyabrında keçirilməli idi. Daha sonra pandemiya ilə əlaqədar yarışa hazırlığın tam aparılması üçün oyunların 2022-ci ilə təxirə salınması məqsədəuyğun hesab olunmuşdu. İlk dəfə İslam Həmrəyliyi Oyunları Səudiyyə Ərəbistanında keçirilib. Dördüncü İslam Həmrəyliyi Oyunlarına Azərbaycan ev sahibliyi edib.
azertag.az