Bədii gimnastika üzrə qrup hərəkətləri komandamız V İslamiadada qızıl medal qazanıb
Güllü Ağalarzadə, Ləman Əlimuradova, Kamilla Əliyeva, Zeynəb Hümmətova, Yelizaveta Luzan və Darya Sorokinadan ibarət bədii gimnastika üzrə qrup hərəkətləri komandamız V İslamiadada qızıl medal qazanıb.
Komandamızın 3 lent və 2 topla çıxışı hakimlər tərəfindən 30,300 xalla qiymətləndirilib. Bütün rəqiblərini qabaqlayan yığmamız V İslamiadada birinci olub.