Gənclər Təşkilatlarının yay təcrübə məktəbinin ikinci günü yekunlaşıb
Səhər enercayzeri ilə başlayan günün davamında Gənclər və İdman nazirinin müavini İndira Hacıyeva və Göygöl Rayon İcra Başçısı Elvin Paşayev ilə panel görüş baş tutub. Görüş zamanı "Gənclərin inkişafında gənclər təşkilatlarının rolu" mövzusu müzakirə edilib, mövcud imkanlar və çətinliklər vurğulanıb.
Daha sonra proqrama uyğun olaraq Milli Məclisin deputatı Pərvin Kərimzadə "Gənclərin qeyri-formal təhsilə cəlb edilməsində yerli və xarici təcrübələr" mövzusunda iştirakçılarla görüşüb. Onların təkliflərini dinləyib və ünvanlandırılan sualları cavablandırıb.
Günün ikinci yarısında proqramın moderatoru Fəxri Məhəmmədzadənin təqdimatında komanda quruculuğu istiqamətində maarifləndirici oyunlar baş tutub.
Qeyd edək ki, 50-dən çox gənclər təşkilatının nümayəndələrinin iştirak etdiyi layihə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin dəstəyi, NAYORA-nın təşkilatçılığı ilə həyata keçirilir.