Neftçilər Gününə həsr olunmuş SOCAR-2022 mini futbol turnirində növbəti oyun baş tutub
ESTAFET/ 20 sentyabr - Neftçilər Gününə həsr olunmuş SOCAR-2022 mini futbol turnirində növbəti oyun baş tutub. Bakı Olimpiya Stadionunun qapalı mini meydançasında təşkil olunan görüşdə SOCAR "Azəriqaz" İstehsalat Birliyinin komandası ilə BOS Şelf komandası üz-üzə gəlib. Oyun 3-3 hesablı bərabərliklə başa çatıb. Görüşü izləyənlər sırasında SOCAR "Azəriqaz" İB-nin baş direktoru Ruslan Əliyev, baş direktorun satış üzrə müavini Rəşad Cavadov və Birliyin digər məsul şəxsləri də olub.
Məlumat üçün bildirək ki, turnirdə SOCAR-ın strukturana daxil olan qurum və müəssisələri təmsil edən 32 komanda çıxış edir.