“Bavariya” onu 100 milyon avroya da satmayacaq

ESTAFET/ “Bavariya” futbolçusu Camal Musialanı satmayacaq. Bunu Almaniya klubunun idman direktoru Hasan Salihamiciç açıqlayıb.

O bildirib ki, Münhen təmsilçisi yarımmüdafiəçini böyük məbləğə də satmayacaq. Klub rəsmisi hətta 100 milyon avroluq təklifi geri çevirəcəklərini bəyan edib.

Qeyd edək ki, 19 yaşlı futbolçu “Bavariya”da 50 matç keçirən ən gənc oyunçudur. O, 83 qarşılaşmada 20 top vurub. (apasport.az)

Müəllif: Orxan NOVRUZOV