Quliyevli “Ximki” yenə məğlub oldu
ESTAFET/ Futbol üzrə Rusiya Premyer Liqasında 8-ci turun oyunları keçirilib.
Azərbaycanlı futbolçu Ayaz Quliyevin formasını geyindiyi “Ximki” də növbəti matçına çıxıb.
Sözügedən kollektiv səfərdə “Orenburq”la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb - 1:3.
Ayaz da bu oyunun iştirakçısı olub. O, bu matçın 67-ci dəqiqəsində meydana buraxılıb.
“Ximki” 8 turdan sonra 7 xalla 16 kollektiv arasında 13-cü pillədə qərarlaşıb.