Ölkəmiz olimpiadada beş komanda ilə təmsil olunacaq

ESTAFET/ Azərbaycanda oktyabrın 2-də şahmat üzrə növbəti mötəbər yarışa start veriləcək. Bu dəfə Naxçıvan Muxtar Respublikası 16 yaşlılar arasında Ümumdünya Şahmat Olimpiadasına ev sahibliyi edəcək.

Azərbaycan olimpiadada 5 komanda ilə təmsil olunacaq.  Təmsilçilərimizin heyəti ilə tanış olun:

Azərbaycan-1: Read Səmədov (2455), Fərid Orucov (2352), Şiroğlan Talıbov, Süleyman Süleymanlı (2304), Səmra Qasımova (1902), Nərmin Abdinova (1740).

Azərbaycan-2: Cahandar Azadəliyev (2304), Ümid Aslanov (2273), Xəqan Əhməd (2196), İslam Hacıəliyev (1633), Xanım İsmayılova (1901), Aysel Cəfərova (1489).

Azərbaycan-3: Aydan Şükürova (1732),Nurtən Nuriyeva (1691),Lalə Hüseynova (1702),Ayan Hüseynli (1572), Səadət Bəşirli (1567), Nərmin Nəsibova (1504).

Azərbaycan-4:  Tunar Davudov (1868), Aqil İsrailov (1883), Paşam Əlizadə (1770), Elcan Əbdülkərimli (1742), Leyla Rzalı (1451).

Azərbaycan-Naxçıvan:  Seyid Hüseyn (2097), Rza Həsənli (1566), Rəcəb Abdullabəyli (1506), Sadiq Abbasov (1542), Nazlı Hümbətova (1632), Zərifə Abbasova (1480).

Qeyd edək ki, olimpiadada ilk turun oyunları oktyabrın 2-də keçiriləcək. 9 turdan ibarət yarışa oktyabrın 10-da yekun vurulacaq.

16 yaşlılar arasında Ümumdünya Şahmat Olimpiadasında 25 ölkədən 35 komanda mübarizə aparacaq.

Müəllif: Natiq NƏSİROV