Gənclər arasında birincilik qadınların mübarizəsiylə başladı

1-2 oktyabr tarixlərində Şüvəlan qəsəbəsində yerləşən Ağır Atletika Akademiyasının yarış zalında keçiriləcək gənclər (20 və 23 yaşlı gənc oğlan və qızlar) arasında ağır atletika üzrə Azərbaycan birinciliyi start götürüb. Körpücük üzərinə ilk olaraq qızlar çıxıblar.

Onlardan 20 yaşa qədər qızlar arasında Samirə Rzayev (45 kq), Selcan Qarayeva (49 kq), Gülcahan Əliyeva (55 kq), Fazilə İmanova (59 kq), Fidan Mirzəzadə (71 kq), Rahilə Hüseynzadə (76 kq), 23 yaşa qədər qızlar arasında isə 55 kq çəki dərəcəsində Dinara İbrahimli qalib adını qazanıblar.

Yarışda ölkənin bütün regionlarından yüzə yaxın atlet iştirak edir.

Çempionatın təşkilində məqsəd ağır atletika idman növünün şəhər, rayon, qəsəbə və kəndlərdə təbliği və inkişafı, idmançıların ustalıq səviyyəsinin artırılması və təkmilləşdirilməsi, Respublikanın şəhər və rayonlarında, idman cəmiyyətlərində, klublarında və mərkəzlərində ağır atletika idman növünün inkişaf səviyyəsinin, perspektivli ağır atletlərin müəyyənləşdirilməsi, texniki cəhətdən hazırlıqlı idmançıların yığma komandalara seçilməsidir.

Müəllif: Bəhruz MƏMMƏDOV