Yunanıstanın Olimpiada şəhərində Avropa Olimpiya Komitəsinin 42-ci Seminarı start götürüb
Yunanıstanın qədim Olimpiya şəhərində, Beynəlxalq Olimpiya Akademiyasında, Avropa Olimpiya Komitəsinin 42-ci Seminarı start götürüb.
Tədbirdə Azərbaycanı MOK-un Baş Katibi Azər Əliyev və Xarici Əlaqələr Departamentinin direktoru Anar Bağırov təmsil edib.
Avropa İdman Həftəsi çərçivəsində təşkil olunan seminarda AOK-un 2030-cu ilə qədər Strateji Gündəliyinin hazırlanması istiqamətində əldə edilmiş irəliləyişlər və digər strateji məsələlərlə bağlı müzakirələr aparılıb.
Avropa Olimpiya Komitəsinin Yay Yeniyetmələr Olimpiya Festivalı çərçivəsində keçirilən Komissiyanın görüşündə Komissiyanın üzvü kimi MOK-un Baş Katibi Azər Əliyev də iştirak edib.
Qeyd edək ki, sabah Paris 2024 Yay Olimpiya Oyunlarına hazırlıq ilə bağlı təşkil olunan Beynəlxalq Olimpiya Komitəsinin Formu baş tutacaq. Formda Azərbaycanı MOK-un Baş Katibi Azər Əliyev və Xarici Əlaqələr Departamentinin direktoru Anar Bağırov təmsil edəcəklər.