BŞH-dən ətraf mühitin mühafizəsinə növbəti töhfə
ESTAFET/ Bakı Şəhər Halqası (BŞH) Əməliyyat Şirkəti korporativ sosial məsuliyyət siyasəti çərçivəsində ətraf mühitin mühafizəsi istiqamətində fəaliyyətini davam etdirir.
2019-cu ildən etibarən “Yaşıl siyasət”ə keçid edərək, bir sıra ekoloji layihələrə imza atmış BŞH qaz tullantılarının ətraf mühiti çirkləndirməsinin azaldılması məqsədilə öz kiçik töhfəsini vermək üçün növbəti təşəbbüslə çıxış edir. Belə ki, həftənin cümə günləri Şirkətin əməkdaşları şəxsi avtomobillərindən istifadədən imtina edir, əvəzinə ictimai nəqliyyat yaxud piyada hərəkətə üstünlük verilməsini təbliğ edir. Həmçinin, bununla, Bakı Şəhər Halqası sağlam həyat tərzini təşviq edir.
Qeyd edək ki, Formula 1-in 2030-cu ilə kimi karbon tullantılarının sıfıra endirilməsi hədəflərindən irəli gələrək, bu layihələrin əsas məqsədi ətraf mühitin qorunması və zərərli təsirlərin azaldılması, təkrar emalın təşviqi və avtoidman sahəsində ekoloji təşəbbüslərin təbliğidir. Bakı Şəhər Halqası Əməliyyat Şirkəti bundan sonra da dayanıqlı inkişaf prinsiplərinə sadiq qalmaq niyyətindədir.