Daha bir futbolçu DÇ-2022-ni buraxa bilər
ESTAFET/ “Barselona”nın və İspaniya millisinin müdafiəçisi Erik Qarsiya “Valensiya” ilə matçda (1:0) zədələnib və qeyri-müəyyən müddətə sıradan çıxıb.
“Barselona”nın rəsmi saytında Qarsiyanın zədəsi ilə bağlı məlumat yayıb. Məlumatda deyilir:
“Erik Qarsiya “Valensiya”ya qarşı oyunda fasiləyə az qalmış qasıq nahiyəsindəki ağrılara görə meydanı tərk etməli oldu. Zədənin ciddiliyini müəyyən etmək üçün əlavə testlər tələb olunacaq”.
Bununla da, müdafiəçi noyabrın 20-də Qətərdə başlayacaq dünya çempionatını buraxmaq riski ilə üzləşib.
Erik Qarsiya İspaniya millisinin heyətində 15 matçda iştirak edib.
İspaniya millisi qarşıdakı dünya çempionatında Almaniya, Kosta-Rika və Yaponiya ilə eyni qrupda oynayacaq. (Sports.az)