UEFA “Qarabağ”a növbəti ödəniş edib

ESTAFET/ UEFA növbəti dəfə "Qarabağ" klubuna ödəniş edib.

AFFA-nın rəsmi saytının məlumatına görə, Ağdam klubu Avropa Liqasının qrup mərhələsində qazandığı qələbələrə görə (Performance bonus) 1.294.000 avro alıb.

Məbləğ AFFA-nın vasitəçiliyi ilə klubun hesabına köçürülüb.

Müəllif: Orxan NOVRUZOV