Azərbaycanlı hakim 2 beynəlxalq turnirə təyinat aldı

ESTAFET/ Çimərlik futbolu üzrə FIFA referisi İnqilab Məmmədov iki beynəlxalq turnirə təyinat alıb.

AFFA-nın rəsmi saytının məlumatına görə, o, 1-6 noyabrda Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində təşkil ediləcək “Emirates Intercontinental Beach Soccer Cup 2022”nin oyunlarını idarə edəcək.

Bundan əlavə, Məmmədov 9-12 noyabrda Səudiyyə Ərəbistanının Neom şəhərində keçiriləcək “Neom Beach Soccer Cup 2022”nin görüşlərində də iş başında olacaq.

Müəllif: Məsim MƏSİMZADƏ