2 GÜNÜN YEKUNUNDA ŞƏHRİYAR 3-CÜDÜR
ESTAFET/ Xəbər verdiyimiz kimi, məşhur qrossmeysterimiz Şəhriyar Məmmədyarov "Grand Chess Tour" seriyasından olan nüfuzlu şahmat yarışının ilk mərhələsi olan Paris turnirində iştirak edir.
Paris mərhələsində 10 şahmatçı 1 dövrə rapid, 2 dövrə isə blitsdə yarışacaqlar. Şəhriyardan başqa turnirdə dünya çempionu Maqnus Karlsen (Norveç), Uesli So, Hikaru Nakamura, Fabiano Karuana (ABŞ), Aleksandr Qrişşuk, Sergey Karyakin (Rusiya), Maksim Vaşye-Laqrav, Etyen Bakro (Fransa) və Veselin Topalov (Bolqarıstan) 150 min dollarlıq mükafat fondu üçün mübarizə aparacaqlar.
Dünən rapid yarışlarında 3 tur oynanılıb. Bu gün daha 3 tur oynanılacaq. Görüşləri və nəticələrini təqdim edirik.
IV Tur
Şəhriyar Məmmədyarov - Maksim Vaşyer Laqrav (Fransa) 1:0
Hikaru Nakamura (ABŞ) - Etyen Bakro (Fransa) 1:0
Sergey Karyakin (Rusiya) - Fabiana Karuana (ABŞ) 0,5:0,5
Uesli So (ABŞ) - Maqnus Karlsen (Norveç) 0:1
Veselin Toplaov (Bolqarıstan) - Aleksandr Qrişuk (Rusiya) 0:1
V Tur
Fabiano Karuana (ABŞ) - Şəhriyar Məmmədyarov 0:1
Etyen Bakro (Fransa) - Sergey Karyakin (Rusiya) 0:1
Maksim Vaşyer-Laqrav (Fransa) - Uesli So (ABŞ) 0,5:0,5
Maqnus Karlsen (Norveç) - Veselin Topalov (Bolqarıstan) 1:0
Aleksandr Qrişuk (Rusiya) - Hikaru Nakamura (ABŞ) 0:1
VI Tur
Şəhriyar Məmmədyarov - Uesli So (ABŞ) 0,5:0,5
Veselin Toplaov (Bolqarıstan) - Maksim Vaşyer-Laqrav (Fransa) 0:1
Hikaru Nakamura (ABŞ) - Maqnus Karlsen (Norveç) 0,5:0,5
Fabiano Karuana (ABŞ) - Etyen Bakro (Fransa) 0:1
Sergey Karyakin (Rusiya) - Aleksandr Qrişuk (Ruisya) 0:1