Warning: unlink(cache/default.luxe): No such file or directory in /home/olimpspo/domains/estafet.az/public_html/includes/Parser.php on line 129
“Milan”ın hücumçusundan ÇL-də yeni rekord -
“Milan”ın hücumçusundan ÇL-də yeni rekord

ESTAFET/ İtaliyanın "Milan" klubunun hücumçusu Olivye Jiru UEFA Çempionlar Liqasında yeni nailiyyətə imza atıb.

Fransız futbolçu buna ÇL-in qrup mərhələsinin 6-cı turu çərçivəsində Avstriya "Zalsburq"una 4:0 hesabı ilə qalib gəldikləri oyunda nail olub.

Təcrübəli forvard bu qarşılaşmada iki qol və eyni sayda məhsuldar ötürmə ilə yadda qalıb. Jiru bu cür statistikaların toplanmağa başlandığı 2003/04 mövsümündən sonra qitənin bir nömrəli klub turnirində 3 və daha çox qolun vurulmasında iştirak ədən ən yaşlı oyunçu adına sahib çıxıb. O, bunu 36 yaş 33 günündə bacarıb.

Jiru bu mövsüm "Milan"ın heyətində bütün turnirlərdə 8 qol vurub, 4 məhsuldar ötürmə müəllifi olub.

Müəllif: Natiq NƏSİROV