Cüdoçulardan ilk gündə 1 qızıl və 2 bürünc medal - Baku Grand Slam 2022

ESTAFET/ Heydər Əliyev adına İdman arenasında keçirilən Böyük Dəbilqə turnirində ilk günün görüşləri keçirilib. Bu gün cüdoçularımız 1 qızıl və 2 bürünc medal əldə edib.

60 kq çəki dərəcəsində yarışan idmançımız Balabəy Ağayev final görüşündə ukraynalı idmançı Dilşot Xalmatova qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Eyni çəki dərəcəsində yarışan digər cüdoçumuz Kəramət Hüseynov isə üçüncü yer uğrunda görüşdə İspaniya təmsilçisi Fransisko Qarriqosa qalib gələrək bürünc medal qazanıb.

66 kq çəki dərəcəsində mübarizə aparan cüdoçumuz Orxan Səfərov serbiyalı idmançı Strahinca Bunsisi məğlub edərək turnirin bürünc medalını qazanıb.

Müəllif: Natiq NƏSİROV