170 min "layk" yığan fotonun hekayəsi
ESTAFET/ Mədəndə çalışan şəxs növbədən çıxıb birbaşa oğlunu amerikan futboluna gətirib. Növbə ilə oyun arasında vaxt az olduğu üçün o, çimməyi çatdırmayıb və bu vəziyyətdə oyuna gəlib.
“Kentukki” klubunun məşqçisi Con Kalipari onu zalda görəndən sonra bu fotonu çəkib paylaşıb.
Sosial şəbəkələrdə 170 min "like" yığan postda belə yazılmışdı.
“Bu kişi işdən birbaşa mənim komandama baxmağa gəlib. Onun adını bilmirəm, amma onun ailəsi üçün növbəti oyuna VİP bilet ayırmışam”.
Postu mədənçi Maykl Maquayrın həyat yoldaşı görüb və qeyd edib ki, Maykl 4:45-də 12 saatlıq növbəyə gedib və oğluna söz verdiyi üçün onu oyuna çatdırmağa çalışıb.
Uşağı üçün yuyunmaqdan keçən ata növbəti oyuna oğlu ilə VİP tribunadan baxacaq. (Fanat.az)