“Beşiktaş”ın futbolçusu əməliyyat olundu

ESTAFET/ “Beşiktaş”ın futbolçusu Raşid Gezzal əməliyyat olunub. Bu barədə İstanbul klubunun mətbuat xidməti məlumat yayıb.

30 yaşlı yarımmüdafiəçinin ABŞ-da edilən əməliyyatı uğurla yekunlaşıb. Əlcəzairli vinger tez bir zamanda reabilitasiyaya başlayacaq.

Xatırladaq ki, Raşid Gezzal bu mövsüm "Beşiktaş"ın heyətində meydana çıxdığı 5 matçda 2 qol və 1 məhsuldar ötürmə ilə yadda alıb.

Müəllif: Orxan NOVRUZOV