Azərbaycan millisi dünya kubokunda ikinci oldu

ESTAFET/ Bakıda keçirilən yunan-Roma güləşi üzrə dünya kubokunda final görüşü baş tutub.

Həlledici qarşılaşmada Azərbaycan və İran milli komandaları üz-üzə gəlib. Görüş İran yığmasının qələbəsi ilə yekunlaşıb. Ümumi hesab 5:5 olsa da, iranlı idmançılardan biri 8:0 qələbə qazandığı üçün bu komanda qızıl medala yiyələnib.

Bununla da Azərbaycan yığması mötəbər turniri gümüş medalla başa vurub.

Yunan-Roma güləşi üzrə künya kuboku
Final
Azərbaycan - İran 5:5

55 kq
Eldəniz Əzizli - Poya Marz - 4:1

60 kq
Nihad Məmmədli - Mohsen Nejad - 4:5

63 kq
Taleh Məmmədov - İman Hüseyn Mohammedi - 0:8

67 kq
Həsrət Cəfərov - Danial Söhrabi - 5:1

72 kq
Ülvi Qənizadə - Mohammedeza Rustami - 4:3

77 kq
Sənan Süleymanov - Arif Həbibullahi - 7:1

82 kq
Rafiq Hüseynov - Mohammedhuseyn Mahmudi - 5:1

87 kq
Murad Əhmədiyev - Abulfəz Ali Çubani - 1:2

97 kq
Arif Niftullayev - Mehdi Balihamzede - 2:5

130 kq
Beka Kandelaki - Aliakbar Yusifahmedcali - 3:6

Müəllif: Natiq NƏSİROV